Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində 185 qram narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılmasına nail olunub. DSX-dan SİA-ya verilən məlumata görə,19 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Lənkəran rayonunun Vel kəndinin ərazisində Xəzər dənizindən 30 metr aralı sahildə sərhəd naryadı tərəfindən içərisində 2 nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması müşahidə olunub.
Avtomobildən bir nəfər düşərək əraziyə yaxınlaşmış və orada gizli saxlanc yerindən gizlədilmiş əşyanı götürərək hadisə yerindən uzaqlaşmağa cəhd etmişdir. Avtomobildə olan hər iki nəfər sərhəd naryadı tərəfindən şübhəli şəxs qismində saxlanılmış və baxış zamanı 185 qram “heroin” narkotik vasitəsi aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri 1963-cü il təvəllüdlü Dadaşov Allahverdi Fərman oğlu və 1974-cü il təvəllüdlü Bağırov Vüqar Mirzağa oğlu olması müəyyənləşdirilib.
Araşdırma zamanı A.Dadaşov əvvəllər narkotik vasitələrin istifa-dəsinə görə məhkum olunaraq cəza çəkməsini və narkotik vasitənin Xəzər dənizindən qaçaq yolla İran İslam Respub-likasından Azərbaycan Respublikasına gətirilməsini etiraf edib.
Fakt üzrə başlanılmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB