Sabirabadda ölümlə nəticələnən yol qəzası

Sabirabadda ölümlə nəticələnən yol qəzası
Daxili İşlər Nazirliyi (DİN) Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. DİN-dən SİA-ya verilən məlumata görə, fevralın 22-də saat 6 radələrində Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində Beyləqan rayon sakini K.Orucovun idarə etdiyi "Ford Transit" markalı mikroavtobusla Bakı şəhər sakini V.Şamilovun idarə etdiyi "Hyundai" markalı yük avtomobili toqquşub. Nəticədə K.Orucovun sərnişinlərindən Beyləqan rayon sakini Fuad Şükürov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə