Tanınmış jurnalist dünyasını dəyişdi

Tanınmış jurnalist dünyasını dəyişdi
Bu gün tanınmış Azərbaycan jurnalisti Natiq Qocaman 46 yaşında dünyasını dəyişib. SİA-nın məlumatına görə, jurnalist keçirdiyi insult nəticəsində fevralın 1-dən komada olub. Qeyd edək ki, Natiq Qocaman Vəli oğlu 1972-ci il sentyabrın 5-i Bakıda anadan olub. Azərbaycan İqtisadiyyat Universitetinin məzunu olub. 1998-ci ildən KİV-də çalışıb. "Oxu məni" adlı Azərbaycan dilində ən məşhur qəzetin təsisçisi və baş redaktoru olub. Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə