Lənkəran rayonunda yol-qəza hadisəsi baş verib. Baş Dövlət Yol Polisi istintaq və təhqiqat idarəsinin müstəntiqi Bəyəmir Cahangirovun SİA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə Ələt-Astara magistral yolunun 202-ci kilomertliyində qeydə alınıb.
Lənkəran şəhər sakini, 43 yaşlı Camal İskəndər oğlu İsgəndərov idarə etdiyi "VAZ-2106" markalı 10-FA-366 dövlət nömrə nişanlı avtomobillə Astara rayonu istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq yoldan keçən avtomobilləri buraxmadan geriyə dönüb. Həmin an arxadan Astara istiqamətində hərəkətdə olan Lənkəran rayonunun Rvo kənd sakini, 34 yaşlı Mübariz Tofiq oğlu Ələsgərov idarə etdiyi "VAZ-21099" markalı 42-BH-459 nömrə nişanlı avtomaşınla toqquşub.Nəticədə "VAZ 2106"-nın sərnişini56 yaşlı Lənkəran şəhər sakini avtoqəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. "21099" markalı avtomobilin sürücüsü Mübariz Ələsgərov da aldığı müxtəliv xəsarətlərlə xəstəxananın travmatologiya, "VAZ-2106"-nın sürücüsü C.İskəndərov isə kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalar aparılır.