Kişi hamamında yanğın 2 ölü

Cənubi Koreyada kişi hamamında baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 70 nəfərdən çoxu zərər çəkib. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, yanğın səhər saatlarında kişi hamamında baş verib. Yaralılar xəstəxanaya çatdırılıb. Çoxu sayda tüstüdən zəhərlənənlər var.

Polis hadisənin baş vermə səbəblərini araşdırır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə