Alkoqoldan zəhərlənərək ölən şəxsin kimliyi müəyyənləşdirilir FOTO

Alkoqoldan zəhərlənərək ölən şəxsin kimliyi müəyyənləşdirilir FOTO

Bu il fevral ayının 16-da Səbail rayonu N.Rəfibəyli küçəsində yerləşən “Maarifçi Qriqoriy” kilsəsinin qarşısından təxminən 35-40 yaşlarında olan naməlum kişi kəskin alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxanaya gətirilmiş, həkimlərin səylərinə baxmayaraq orada vəfat edib.

DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə (012) 437-02-02 , (012) 492-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə