Lənkəran rayonunda yol-nəqliyyat qəzası baş verib. BDYP-nin inspektoru Ceyhun İbayevin SİA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə ötən gecə Ələt-Astara magistral yolunun 197-ci kilometrliyində qeydə alınıb. Lənkəran rayonunun Liman şəhər sakini, Məmmədhüseyn Ağayevin idarə etdiyi "MAN" markalı 42 BH-254 dövlət nömrə nişanlı qoşqulu yük maşını Ələt istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək əvvəlcə yolun kənarındakı elektrik dirəyini aşırıb, sonra isə kanala yuvarlanıb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.
Hadisənin avtomobilin əyləc sistemində baş verən nasazlıq ucbatından baş verdiyi bildirilir. Baş verən qəza nəticəsində magistral yolda nəqliyyatın hərəkəti məhdud olduğundan digər avtomobillər ziyan çəkməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB