Lənkəranda yanacaqdoldurma məntəqəsinə basqın olub

Lənkəranda yanacaqdoldurma məntəqəsinə basqın olub

Lənkəran rayonunun Narbağı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə basqın olub. Lənkəran şəhər sakini Ədalət Fərman oğlu Muradova məxsus benzindoldurma məntəqəsinə gecə saat təqribən 00.30 radələrində naməlum şəxslər tərəfindən basqın edilib.

SİA-nın bölgə müxbirinin xəbərinə görə, basqınçılar məntəqənin işçisinə, Lənkəran rayon Narbağı kənd sakini 41 yaşlı Elçin Müzəffər oğlu Həsənova küt alətlə xəsarət yetirərək kassadan 49 manat pulu oğurlayaraq qaçıblar. Ağır bədən xəsarəti alan növbətçi yanacaqdoldurma məntəqəsinin müdirini və yaxınlarını hadisədən xəbardar edə bilib.

Yaralı dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. İşi araşdıran Lənkəran şəhər polis şöbəsinin baş müstəntiqi Elnur Məmmədovun sözlərinə görə artıq faktla bağlı araşdırmalara başlanılıb, istintaq gedir.

Qeyd edək ki, Lənkəran rayon Narbağı kənd sakini 41 yaşlı Elçin Müzəffər oğlu Həsənov hazırda travmatologiya şöbəsində müalicə alır və vəziyyəti həkimlər tərəfindən orta ağır qiymətləndirilir. Zərərçəkən Elçin Həsənov isə baş verənləri belə xatırlayır. İşi araşdıran Lənkəran şəhər polis şöbəsinin baş müstəntiqi Elnur Məmmədov verdiyi məlumata görə artıq faktla bağlı araşdırmalara başlanılıb, istintaq gedir.

Naməlum şəxslərin kimliyi aydınlaşandan və Elçin Həsənova vurulan xəsarətin dərəcəsi müəyyənləşəndən sonra müvafiq maddə ilə cinayət işi açılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə