Biləsuvarda avtomobil 8 yaşlı uşağı vurub. SİA xəbər verir ki, hadisə rayonun Ovçubərə kəndində baş verib. “VAZ 2106” markalı minik avtomobili hərəkətdə olarkən 2011-ci il təvəllüdlü Allahyarlı Nihad Zahid oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarəti alan uşaq dərhal xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırılma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB