Qanunsuz ov edənlər saxlanılıb

Polis əməkdaşalrı tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən fevralın 8-də qanunsuz ov etdiyi üçün Saatlı rayon sakini Ş.Əsgərov saxlanılıb.

Ondan 1 ədəd nömrəsi silinmiş “İJ-16” markalı tüfəng və ovladığı “Qırmızı kitab”a düşmüş 2 ədəd “Bəzgək” quşu aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə