Meksikada ölənlərin sayı 128-ə çatıb

Meksikada ölənlərin sayı 128-ə çatıb

Meksikada boru kəmərinin partlaması nəticəsində 128 nəfərin həlak olması 170 uşağın bir və ya hər iki valideyni itirməsi ilə nəticələnib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İdalqo əyalətinin federal hökumətin inkişaf proqramı nümayəndəsi Abraam Mendosa bildirib.

Rəsmi məlumatlara görə də, hadisə nəticəsində bəzi uşaqlar bir, bəziləri isə iki valideynini itiriblər.

Mendosa qeyd edib ki, belə vəziyyətdə hakimiyyət uşaqlara sahib çıxacaq yaxınlarını axtarırlar.

O əlavə edib ki, federal hakimiyyət orqanları yanğın nəticəsində xəstəxanada yatan şəxslərin yaxınlarını dəstəkləyir.

Qeyd edək ki, Meksikada boru kəmərində güclü yanğın və partlayış yanvarın 18-də baş vermişdir. Hadisəyə səbəb neft borusuna edilən qeyri-qanuni müqavimətlər olub. Belə ki yüzlərlə insan boru kəmərindən neft oğurlayırdılar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə