Şirvan şəhərində ümumi sahəsi 96 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü və tavanı 80 kvadratmetr sahədə yanıb. Hadisə nəticəsində evin içərisində olan əşyaların bir qismi də yanaraq yararsız hala düşüb. Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, yanğın zamanı bir nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB