Füzuli və İsmayıllı sakinlərindən qanunsuz silahlar götürülüb

Füzuli və İsmayıllı sakinlərindən qanunsuz silahlar götürülüb

Füzuli və İsmayıllı sakinlərindən qanunsuz silahlar götürülüb. DİN-dən Trend-ə verilən məlumata görə, İsmayıllı rayonunun Zərnava kənd sakini N.Tanrıverdiyevdən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Füzuli RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə 5-ci Zobucuq qəsəbə sakini S.Mədətovdan müvafiq sənədləri olmayan “TOZ-34” markalı ov tüfəngi götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə