İstanbulda Bankalar prospektindəki Cevizli məhəlləsi, Sema küçəsində altımərtəbəli bina çöküb. SİA Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, 12 mənzilin olduğu binanın dağıntıları altında insanların qaldığı ehtimal olunur.
Hazırda hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub, axtarış-xilasetmə əməliyyatı keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB