Binəqədidə “Volkswagen Passat” qaçırıldı

Binəqədidə “Volkswagen Passat” qaçırıldı

Fevralın 5-də saat 12:00 radələrində Binəqədi rayonu ərazisindən Bakı şəhər sakini Ə.Qasımova məxsus “Volkswagen Passat” markalı avtomobilin qaçırılması barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət daxil olub. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat tədbirlərinə başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini F.Quluzadə həmin gün saat 20:00 radələrində rayon ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə