Şəhər sakinindən narkotik vasitə aşkarlanıb

Şəhər sakinindən narkotik vasitə aşkarlanıb

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini M.Babazadə saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan çəkisi 518 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə