Lənkəranda mənzillərdən oğurluq edən şəxs saxlanılıb

Lənkəranda mənzillərdən oğurluq edən şəxs saxlanılıb

Lənkəran rayonunda oğurluq etməkdə şühəli bilinən şəxs tutulub. Şəhər Polis Şöbəsindən SİA-nın cənub bürosuna verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində ötən ilin oktyabrın 20-də Sərvinaz Abdullayevaya məxsus pul və geyim əşyaları və şəxsi sənədlərin oğurlanmasında şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xaliq Hacıyev yaxalanıb.

X.Hacıyevin ətrafında aparılan əməliyyat –axtarış tədbirləri nəticəsində onun 2010-cu ilin dekabr ayının 12-də Lənkəran şəhər sakini Ceyhun Quliyevin evində də 2200 manat dəyərində qızıl-zinət əşyalarını oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə