Xırdalanda 750 ədəd pivə çəlləyi oğurlandı

Xırdalanda 750 ədəd pivə çəlləyi oğurlandı

Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhərində fəaliyyət göstərən MMC-lərin birindən daxil olmuş müraciətdə yanvarın 1-dən 29-dək olan müddətdə anbardan hər birinin qiyməti 50 manat olan ümumilikdə 37.500 manat dəyərində 750 ədəd “Falken” pivəsinə aid çəlləyin oğurlanması bildirilib.

DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunanlar - S.Məmmədov və T.Həsənov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə