Xaçmaz sakininə xəsarət yetirən şəxs saxlanılıb

Xaçmaz sakininə xəsarət yetirən şəxs saxlanılıb

Yanvarın 29-da Quba Rayon Polis Şöbəsinə Xaçmaz rayon sakini Ş.Arginiskinin qapalı kəllə-beyin və kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla hadisənin həmin gün saat 19:00 radələrində rayonun Gültəpə kəndi ərazisində Xaçmaz şəhər sakini X.Aydınov tərəfindən törədilməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən X.Aydınov polis əməkdaşları tərəfindən saxlanılıb.

Quba RPŞ-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə