DƏHŞƏT: Vəhşi heyvanlar 56 yaşlı kişini parçalayıb!

DƏHŞƏT: Vəhşi heyvanlar 56 yaşlı kişini parçalayıb!

Göygöl rayonunda kişi meyiti tapılıb. Meyit rayonun Nadil kəndi ərazisində aşkarlanıb. Bədəninin müxtəlif hissələri vəhşi heyvanlar tərəfindən yeyilmiş-didilmiş hala salınan meyit tibbi-ekspertizaya aparılıb. Aparılan araşdırma zamanı onun 1963-cü il təvəllüdlü Zaməddin Misir oğlu Zeynalov olduğu məlum olub.

Yaxınlarının bildirdiyinə görə, Z.Zeynalov 1 həftə öncə itkin düşüb. Onun hansı şəraitdə öldüyü, məsələdə cinayət olub-olmadığı hələ məlum deyil. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə