130 mindən artıq pul oğurlayan şəxs 5 ildən sonra tutulub

130 mindən artıq pul oğurlayan şəxs 5 ildən sonra tutulub

Polis əməkdaşları tərəfindən 5 il əvvəl törədilmiş oğurluq faktının üstü açılıb. DİN-dən SİA-ya veirlən məlumata görə, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü ildə MMC-lərdən birindən icərisində 2270 ABŞ dolları və 130 692 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ç.İmaməliyev saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə