Bakı sakinini döyən 3 nəfər saxlanılıb

Bakı sakinini döyən 3 nəfər saxlanılıb

Bakı sakinini döyən 3 nəfər saxlanılıb. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, yanvarın 25-də saat 23:00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 3 nəfərin Bakı şəhər sakini Z.Seyidovu döyməsi barədə 12-ci Polis Şöbəsinə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Təxirəsalınmaz tədbirlərlə xuliqanlığı törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri H.Əsgərov, B.Əhmədov və Ə.Səfərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə