Cəlilabadda qadın alverçisi tutulub

Cəlilabadda qadın alverçisi tutulub

Qadınları xarici ölkələrə apararaq cinsi istismara məruz qoyan qadın tutulub. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Cəlilabad rayon sakini S.İxayevanın qadınları xarici ölkələrə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.İxayeva polis əməkdaşları tərəfindən saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə