Biləsuvarda bir neçə nəfərin ölümü ilə nəticələnən yol qəzası olub

Biləsuvarda bir neçə nəfərin ölümü ilə nəticələnən yol qəzası olub

Biləsuvar rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, daha 2 nəfəryaralanıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobus İrandan geri qayıdırmış.

Faktla bağlı araşdırma aparılır. Daha əvvəl əlverişsiz hava şəraiti Biləsuvarda nəqliyyatın hərəkətini çətinləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə