44 yaşlı kişi özü-özünü bıçaqlayıb

44 yaşlı kişi özü-özünü bıçaqlayıb

Qax rayonunda 44 yaşlı kişi öz-özünü bıçaqlayıb. “Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında Qaxbaş kəndində baş verib.

Kənd sakini, 1975-ci il təvəllüdlü Firudin Hüseyn oğlu Qədirli qarın boşluğunun kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq yarasıxəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı F.Qədirli yaşadığı ünvanda intihar etmək məqsədilə özünə bıçaq xəsarəti yetirdiyini bildirib.

O, əməliyyat edilib. Faktla bağlı araşdırma aparılır. Daha əvvəl Qaxda evlərdən və mağazalardan silsilə oğurluq edən şəxslər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə