Balakən rayonunda iki yaşlı körpə göldə boğulub. “Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yeni Şərif kəndində baş verib.
Kənd sakini, 2017-ci il təvəllüdlü Sevinc Xaqani qızı Abdullayevababasının yaşadığı evin həyətyanı sahəsində balıq saxlamaq üçün yaradılmış sünü gölə düşərək boğulub. S.Abdullayevanın meyiti müayinə edilmək üçün Səhiyyə NazırliyininMəhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB