Səbaildə 4 otaqlı mənzil yanıb

Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 170 m² olan 4 otaqlı mənzilin bir otağında ev əşyaları 8 m² sahədə yanıb. FHN-dən SİA-ya verilən məlumata görə, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə