Yanvarın 20-si saat 20:00 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Məhərrəm Mailov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Ravil Əliyevi vurub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, xəstəxanaya yerləşdirilən R.Əliyev yanvarın 25-də orada ölüb.
Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB