Peruda sərnişin avtobusunun çaya düşməsi nəticəsində 10 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 50 nəfəri daşıyan sərnişin avtobusu Takte rayonunda çaya düşüb. Qəza nəticəsində 26 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
3 sərnişinin itkin düşdüyü bildirilir. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB