Bakı Ağır Cinayətlər Məhkəməsində şirkətdən oğurluqda təqsirləndirilən Rauf Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. R.Nəbiyev özünü ittihamlarda qismən təqsirli bilib.
Prosesdə sərbəst ifadə verən təqsirləndirilən şəxs deyib ki, Sumqayıt Texnologiyalar Parkında təhlükəsizlik üzrə mütəxəssis işləyib: "Həmin gün seyfdə pulun çox olduğunu gördüm. Ehtiyacım vardı, ona görə oğurlamaq qərarına gəldim. Əvvəl seyfdən 20 min manat götürmək istəyirdim. Lakin pulun çox olduğunu görüb fikrimdən daşındım. Seyfi açdım və pulun hamısını götürdüm. Qalan pulu sonra qaytaracaqdım. Əgər 20 min manat götürüb qalanını orada saxlasaydım, digər şəxslər pulu götürəcəkdilər. Seyfdən pulu götürən kimi yazıb qoydum ki, 20 min manat götürmüşəm, çünkü borcum var idi, qalanını da qaytaracağam. Səhər idarəyə zəng edib pulun qalan hissəsinin məndə olduğunu və gəlib götürmələrini istədim. Götürdüyüm pullardan kredit borcumu ödədim. Səhər idarənin əməkdaşları gəldi. Sonra polis əməkdaşları da gələrək məni həbs etdilər".
Məhkəmədə elan olunub ki, Sumqayıt Texnologiyalar Parkı təqsirləndirilən şəxsə qarşı 22 750 manatlıq mülki iddia qaldırıb. Bildirilib ki, götürülən puldan 427 250 manat geri qaytarılıb.
Məhkəmənin növbəti iclası fevralın 1-nə təyin edilib.
İttihama görə, ötən il Sumqayıt şəhəri ərazisində yerləşən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin mühasib otağındakı seyfin qapısının naməlum şəraitdə sındırılaraq oradan 450 min manat oğurlandığı barədə Sumqayıt şəhər Polis idarəsinə müraciət olunub.
Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Sumqayıt şəhər sakini R.Nəbiyev tərəfindən törədilməsi müəyyən edilib və o, görülən zəruri tədbirlər nəticəsində saxlanılıb.
Araşdırma zamanı məlum ki, saxlanılan şəxs qeyd edilən MMC-də təhlükəsizlik üzrə növbə rəisi işləyib. Bu səbəbdən o, seyfin saxlanıldığı otağın harada yerləşməsi, həmçinin içində nə qədər pul olması barədə məlumatlı olub. R.Nəbiyev istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edib.
Əməliyyat tədbirlərinin davamı olaraq R.Nəbiyevin seyfdən oğurladığı pulun əksər hissəsi onun yaşadığı evdən aşkar olunaraq madddi sübut kimi götürülüb və müvafiq protokol tərtib edilərək MMC-yə qaytarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



