Mingəçevirdə 53 yaşlı kişi intihar edib

Mingəçevirdə 53 yaşlı kişi intihar edib

Mingəçevir şəhərində 53 yaşlı kişi intihar edib. "Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Cəmil Əliyev küçəsi, ev 18, mənzil 17-də baş verib. Belə ki, həmin mənzilin sakini, 1966-cı il təvəllüdlü İlqar Rəşad oğlu İsgəndərov özünü asaraq öldürüb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə yerləşdirilib. Onun hansı səbəbdən intihar etdiyi bilinmir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə