Yanvarın 23-də saat 06:00 radələrində Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə şəhər sakini olan bir qadının bıçaq xəsarəti ilə xəstəxanaya gətitilməsi barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirirlib. Araşdırmalarla bıçaq xəsarətinin münaqişə zəminində yetirildiyi müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Abşeron rayon sakini R.Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB