Türkiyədə zəlzələ olub

Aralıq dənizinin Türkiyəyə aid hissəsində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verib. Anadolu agentliyi xəbər verir ki, Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hadisə üzrə Agentliyinin (AFAD) saytında yerləşdirilən məlumata görə, zəlzələ ölkənin Muğla vilayətinin Marmaris rayonunda hiss edilib. Yeraltı təkanların dənizin 22,45 kilometr dərinliyində baş verdiyi də müəyyən olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə