ABŞ-ın Florida ştatında naməlum kişi girov götürərək Bankda atəş açıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, silahlı ilk növbədə bankın binasından bir şəxsi girov götürüb, təslim ol deyəndən sonra isə atəş açmağa başlayıb. Baş verənlər nəticəsində bir neçə nəfər zərər çəkib, 5 nəfər isə həlak olub. Şübhəli saxlanılıb. Polis ehtimalına görə, həmin şəxsin məqsədi bankı soymaq olub.
Qeyd edək ki, yanvarın 14-də Amerikanın Nyu Cersi ştatında da silahlı şəxs atəş açaraq iki qızı girov götürmüşdü. Əməliyyat zamanı silahlı şəxs yaralanmışdı və qadınlara ziyan dəyməmişdi.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB