Ağdaş rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, 1967-ci il təvəllüdlü Lənkaran rayon sakini Cavadov Elçin Sabir oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil Ağdaş rayonunun Ləki kəndi ərazisində yük maşını ilə toqquşub.
Nəticədə sürücü və onun 1975-ci il təvəllüdlü sərnişini Ellada Cavadova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB