Tərtərdə həmyerlisini bıçaqlayan şəxs tutulub

Tərtərdə həmyerlisini bıçaqlayan şəxs tutulub

Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib. DİN-in Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə yanvarın 21-də Tərtər şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Tərtər şəhər sakini Faiq Həsənov münaqişə zəminində həmyerlisi Pərviz Hüseynova bıçaqla daxilə nüfuz etməyən xəsarət yetirib. Tərtər rayon Polis şöbəsində faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. F.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb

Bütün xəbərlər Facebook səhifəmizdə