Saxlanılan şəxslərdə narkotik vasitələr aşkarlanıb

Saxlanılan şəxslərdə narkotik vasitələr aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərdən narkotik vasitələr aşkar edilərək götürülüb. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, əldə edilmiş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi Qasımovdan narkotik vasitə olan heroin götürülüb.

Salyan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini Mübariz Abbasovdan narkotik vasitə olan heroin və elektron tərəzi, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan Köhünlü kənd sakini Ənvər Mikayılovdan marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə