Astarada ağır yol-qəzası baş verib. SİA-nın Cənub bürosunun məlumatına görə, ötən gecə Astara rayonunda 2 nəfərin ölümü və bir nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəza hadisəsi qeydə alınıb. Hadisə gecə saat təqribən 23 radələrində Astara-Şahağacı avtomobil yolunun Astara rayonu Kələdəhnə kəndindən keçən hissəsində olub. Astara şəhər sakini, 34 yaşlı Arif Dadaş oğlu Dadaşovun idarə etdiyi "Belorus" markalı qoşqusuz traktorla Lənkəran istiqamətində gedərkən əks istiqamətdə hərəkətdə olan Astara şəhər sakini 29 yaşlı Xalid Aramiz oğlu Qurbanovun idarə etdiyi "Vaz
Hadisə nəticəsində Vaz 2106 –nın salonunda olan sərnişinlər -1988 təvəllüdlü İsayeva Ülkər Səməd qızı və oğlu 2002-ci il təvəllüdlü Qurbanov Aramiz Xalid oğlu hadisə yerində ölüblər. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan "Vaz-2106"-nın sürücüsü Xalid Aramiz oğlu Qurbanov isə hadisə şahidləri tərəfindən Astara rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hal-hazırda yaralının vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB