Əfqanıstanda partlayış 18 nəfər öldü

Əfqanıstanda partlayış 18 nəfər öldü

Əfqanıstanın paytaxtı Kabulun cənub-qərbində yerləşən Maidanşahr şəhərində baş verən partlayış nəticəsində ən az 18 adam ölüb, 27 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, partlayışa Əfqanıstanın təhlükəsizlik xidmətinin bazasının yaxınlığında radikal “Taliban” hərəkatın döyüşçüləri (Rusiyada qadağan edilən təşkilat) tərəfindən minalanan avtomobilin partlaması olub.

Üç hücumçu aradan qaldırılsa da, dördüncü avtomobildə partlayıcı qurğunu işə salaraq qaçıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə