Gömrükdə Gürcüstan vətəndaşının avtomobilindən marixuana çıxdı FOTO

Gömrükdə Gürcüstan vətəndaşının avtomobilindən marixuana çıxdı FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan "Honda Odyssey" markalı nəqliyyat vasitəsi ilə gələn həmin ölkə vətəndaşının avtomobilinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə əlaqələr idarəsindən SİA-ya verilən məlumata görə, baxış zamanı sükanı sağ tərəfdə olan nəqliyyat vasitəsinin ön oturacağının söykənəcəyinin arxa cibində 1 ədəd bükülüdə qablaşdırması ilə birlikdə ümumi çəkisi 2 qram narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə