Neftçala rayonunda üç uşaq anası itkin düşüb. "Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Kürqarabucaq kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Nuranə Elxan qızı Səmədova yanvarın 10-da gecə saat 05:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Artıq bu barədə doğmaları tərəfindən polisə məlumat verilib. Hadisənin səbəbi hələlik məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB