Tovuz rayonunda maskalı oğrular peyda olub. Tovuz rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, maska taxan naməlum şəxslər tərəfindən 1957-ci il təvəllüdlü Nüşabə Tağıyevanın evinə basqın edilib.
İlkin məlumatlara görə 3 nəfərdən ibarət olun dəstə mənzildən 162 manat nəğd pul, 4070 manat dəyərində qızıl-zinyət əşyaları götürərək qaçıblar. Hələki hüquq-mühafizə orqanı əməkdaşları oğruların şəxsiyyətini müəyyənləşdirə bilməyib.
Faktla bağlı araşdırma başladılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB