Bu gün səhər saatlarından başlayan güclü külək Quba rayonunda fəsadlar törədib. SİA-nın Şimal bürosundan verilən xəbərə görə, güclü külək rayonun Aşağı Atuc kəndində Fədail Əlipaşayevə məxsus evin və həmkəndlisi Daşdəmir Aslanovun həyətindəki tövlənin dam örtüyünü uçurub. Hadisə nəticəsində kənd sakinlərindən xəsarət alan olmayıb.
Ev sahibi Fədail Əlipaşayev damın yararsız vəziyyətə düşməsi nəticəsində 2 min manatdan çox ziyana düşdüyünü bildirib.
Aidiyyəti qurumların nümayəndələri hadisə yerinə baxış keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB