Yanğın 5 nəfərlik ailəni evsiz qoyub

Yanğın 5 nəfərlik ailəni evsiz qoyub

Lənkəranda yanğın olub. SİA-nın cənub bürosunun məlumatına görə, yanğın ötən gecə saat 19.00 radələrində, Lənkəran rayonunun Təngivan kəndində, 48 yaşlı Əliyev Ədalət Vahab oğluna məxsus evdə baş verib. 1 mərtəbəli, 2 otaq və 1 mətbəxdən ibarət, ümumi sahəsi 50 kv.m olan fərdi yaşayış evi, əşyaları ilə birlikdə tamamilə yanaraq kül olub. Bir ailənin 5 üzvü evsiz qalıb. Fərdi yaşayış evi yanaraq kül olub.

Lənkəranın ucqar kəndi olan Təngivan rayon mərkəzindən 18 km uzaqlıqda, həm də dağ ətəyində yerləşir. Yanğının qarşısının alınması üçün, hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilsə də, onların heç biri yanğın yerinə çıxa bilməyib. Səbəb isə həmin əraziyə yanğınsöndürən avtomaşınların hərəkəti üçün yolun olmaması olub. Yerli sakinlərin və şəxsi heyətin köməkliyi ilə yanğın söndürülüb. Yanğının həyətdəki yeni tikilən evə keçməsinin qarşısı alınıb. Yanan ev tamamilə yararsız hala düşüb.

Yanğının ilkin versiya kimi elektrik qısaqapanmasından baş verməsi ehtimal olunur.

Hazırda yanğının baş verməsinin dəqiq səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə