Lənkəranda uşaq bağçası yanıb

Lənkəranda uşaq bağçası yanıb

Lənkəranda uşaq bağçasında yanğın baş verib. FHN-nin Yanğından Mühafizə Xidmətindən SİA-nın cənub bürosuna verilən məlumata görə, yanvarın 6-da günorta saatlarında Lənkəran şəhərində 4 saylı uşaq bağçasında yanğın qeydə alınıb. Bağçada olan 40 nəfər uşaq vaxtında binadan çıxarılıb.Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb. Belə ki, ümumi sahəsi 240 kvadrat metr olan bağçanın tavanının 2 kvadratmetri yanıb.

Yanğının bağçanın qızdırılması üçün istifadə olunan odun peçindən çıxan qığılcımdan baş verdiyi bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə