Neftçalada rayon sakini qonşusu tərəfindən bıçaqlanıb. “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Surra kəndində qeydə alınıb.
1983-cü il təvəllüdlü kənd sakini Günəşov Ramil Zakir oğlu 1976-ci il təvəllüdlü qonşusu Ələkbərov Tərlan İmran oğlu tərəfindən aralarında yaranmış mübahisə zamanı bıçaqlanıb. Yaralı R.Günəşov Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Daha əvvəl Lənkəran sakini həmkəndlisini bıçaqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB