Hindistanda yol qəzası 22 nəfərin ölümünə səbəb olub

Hindistanda yol qəzası 22 nəfərin ölümünə səbəb olub

Hindistanın şimalında avtobusun uçuruma yuvarlanması nəticəsində 22 sərnişin həlak olub, 19 nəfər yaralanıb.

SİA-nın xəbərinə görə polisin məlumatında bildirilir ki, yol-nəqliyyat qəzası Uttarakhand ştatının Dehra-Dun şəhərində baş verib. Avtobus yerli iş adamlarını və onların ailələrini Yeni ili qarşılamaq üçün Masuriyə, populyar dağ kurortuna aparırmış. Sürücü naməlum səbəblərə görə avtomobilin idarəsinin öhdəsindən gələ bilmədiyi üçün avtobus dərəyə aşıb.

Polis qəzanın səbəblərini araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə