Bakıda otel yandı

Bakıda yanğın qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, şəhərin Nərimanov rayonunda "Golden Shine" otelinin yerləşdiyi beşmərtəbəli binanın zirzəmisində qazanxananın ətrafında 5 p.m elektrik kabeli yanıb.

Qatı tüstü olduğundan oteldə olan vətəndaşlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə