İraqın Alhurra TV elekanalının fotoreportyoru Samir Əli Şəkəranın yol kənarında meyiti aşkarlanıb. SİA-nın məlumatına görə, bu barədə İraqın daxili işlər nazirliyinin təmsilçisi Hatəm Cabiri informasiya resurslarına xəbər verib.
Qeyd olunub ki, fotoreportyorun cansız bədənini İraqın təhlükəsizlik qüvvələrinin patrul xidməti Bağdadın qərb hissəsində reyd keçirərkən aşkarlayıblar. Samir Əli Şəkəranın bədənində çoxsaylı güllə yarasının olduğu bildirilir. Etimal olunur ki, onu hələ də İraqda gizli şəkildə fəaliyyət göstərən terrorçular qətlə yetiriblər.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB