Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib

Ankaranın Kahramankazan rayonunda sərnişin avtobusu ağır tonnajlı yük maşını ilə toqquşub. SİA xəbər verir ki, hadisə avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib. Adapazarı-Ankara marşrutu ilə şəhərlərarası hərəkətdə olan avtobusun sürücüsü həlak olub. Səkkiz sərnişin yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı istintaq başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə